Türkiyədə DƏHŞƏT - Oğul anasının başını kəsərək balkondan aşağı atdı - ŞOK VİDEO


İstanbulda qatilin anasının başını kəsərək balkondan atdığı anın görüntüləri ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, İstanbul Bağcılar rayonunda narkotik aludəçisi anasının başını kəsdikdən sonra onun başını balkondan atıb. Xüsusi Əməliyyat Polisi əməkdaşlarının keçirdiyi reyddə qatil tutulub. Dəhşətli anların qan donduran görüntüləri tezliklə ortaya çıxıb.

Hadisə axşam saatlarında Bağcılarda Fevziçakmak məhəlləsində baş verib. İddialara görə, 26 yaşlı A.S. naməlum səbəbdən 58 yaşlı anası Həvva Sayanın boğazını kəsərək başını pəncərədən çölə atıb.

Hadisə yerinə Çevik Qüvvət Polisi və Xüsusi Əməliyyat Polisi gəlib. Çevik Qüvvət Polisi evin ətrafında təhlükəsizlik tədbirləri görüb. Polisləri görən A.S. evi yandıraraq müqavimət göstərmək istəyib.

Uzun sürən mübarizədən sonra Xüsusi Əməliyyat Polisi A.S-ni yaxalayaraq nəzarətə götürüb. Qətli törətməkdə şübhəli bilinən A.S-nin daha əvvəl də psixiatriya xəstəxanasından qaçdığı öyrənilib.

Digər tərəfdən gəncin anasının başını eyvandan atması anı mobil telefonun kamerasına əks olunub. Videoda yolda və evlərinin eyvanında olan vətəndaşların qışqırdığı, qatilin isə başı yerə atdığı görünür.

(konkret.az)


MANŞET XƏBƏRLƏRİ