İbn Sinadan bir əsrlik resept: Diz ağrısı üçün quyruq yağı həlli


Tibb dünyasının önəmli adlarından biri olan İbn Sinanın əsrlərdir unudulan resepti yenidən gündəmə gəlib. Diz ağrılarına yaxşı olduğu deyilən bu üsul təbii müalicə üsullarına marağı artırır

Turkustan.az xəbər verir ki, tibb dünyasının önəmli adlarından biri olan İbn-i Sinanın təbii üsullarla müalicəyə verdiyi əhəmiyyət bu gün də diqqəti cəlb edir. Xüsusilə Anadolu mətbəxində tez-tez istifadə edilən quyruq yağının faydaları İbn Sinanın diz ağrıları üçün təklif etdiyi üsulla yenidən gündəmə gəlib.

İbn Sinanın "sümüyə şəfa verən yağ" olaraq təyin etdiyi quyruq yağının əridərək, dizlərə çəkib bir müddət saxlayaraq əzələ ağrılarını və daralmalarını azalda biləcəyi ifadə edilir. Araşdırmalar göstərib ki, tərkibində omeqa yağ turşuları, kalium, kalsium və dəmir olan quyruq yağları da əzələ və sümük inkişafına kömək edir.

Mütəxəssislər əzələ yırtılmasını müalicə etmək və osteoporozun qarşısını almaq üçün quyruq yağını istehlak etməyi tövsiyə edərkən, immunitet sistemini gücləndirmə qabiliyyəti ilə də diqqət çəkir. Quyruq yağını ət yeməkləri ilə birlikdə istehlak etmək tövsiyə olunur.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ