“Uzun müddətdir Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyanın repressiv rejiminə kim “dur” deyəcək? Regionun sülhə və sabitliyə ehtiyac duyduğu bir vaxtda bu cür hərəkətlər qəbuledilməzdir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu ifadə edib.
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı törədilən qəddarlıqla bağlı danışan İSTAD sədri deyib: “Rusiya Federasiyasında yaşayan türklərə, müsəlmanlara qarşı təzyiqlər, həyata keçirilən repressiv tədbirlər qəbuledilməz. Türk Dövlətləri Təşkilatı bu məsələdə təşəbbüs göstərməlidir. Türklərə qarşı həyata keçirilən bu amansız siyasətin lazımi cavabı verilməlidir”.