Ukraynanın neçə F-16 qırıcısı qalıb?


Ukrayna Silahlı Qüvvələri iki və ya üç F-16 qırıcısını itirib və hazırda 10-a yaxın təyyarə qalıb.

Turkustan.az xəbər verir ki, bunu "Lenta.ru"ya hərbi ekspert Aleksey Jivov deyib.

O qeyd edib ki, Ukraynada F-16-ları idarə edə biləcək kifayət qədər pilot var, çünki onlar təlim keçiblər.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Rusiya Silahlı Qüvvələrinin gecə zərbələri zamanı Amerika istehsalı olan F-16 qırıcısının məhv edildiyini açıqlayıb. Təyyarənin pilotu da sağ qalmayıb. Pilot təyyarədəki bütün silahlardan istifadə edib və yeddi hava hədəfini vurub. Sonuncunu vurarkən onun təyyarəsi zədələnib və hündürlüyünü itirməyə başlayıb./publika.az


MANŞET XƏBƏRLƏRİ