Vegan ətlə bağlı təəccüblü araşdırma: Ürək sağlamlığına zərərlidirmi?


Aparılan araşdırma son illərdə getdikcə populyarlaşan bitki mənşəli ət məhsullarının çox yüksək duz və yağ tərkibinə malik olduğunu ortaya çıxarıb.

Artan bir tendensiya olan veqanizmdə qidalar ət ehtiva etməmək üçün hazırlanır. Bununla belə, mütəxəssislər vegan küftə və ya vegan kolbasa kimi məhsulların tərkibindəki duz və yağlara görə ürəyə zərərli olduğunu müəyyən ediblər.

İngiltərədəki Bornmut Universitetində aparılan araşdırmalar, vegan kolbasa, hamburger və qiymə yeyənlərin qan təzyiqinin ət istehlak edənlərdən daha pis olduğunu göstərsə də, elm adamları qida sənayesini “yeni nəsil ət alternativlərinin inkişafını yenidən qiymətləndirməyə” çağırıblar".

Tədqiqat üçün tip 2 diabet riski olan 82 iştirakçı səkkiz həftəlik sınaq üçün ətyeyən (42) və ya bitki əsaslı (40) pəhriz qruplarına bölündü.

Vegan iştirakçılar yeməklərində əti vegan və ultra işlənmiş alternativlərlə əvəz etdilər.

Ət yeyənlərə verilən altı ət variantına kıyılmış mal və donuz əti, toyuq döşü, hamburger köftesi, kolbasa və toyuq parçaları daxildir.

Tədqiqatdan əvvəl könüllülər qan testlərindən keçirdilər ki, tədqiqatçılar onların kardiometabolik sağlamlıqlarını qiymətləndirə bilsinlər. Qan şəkərinin səviyyəsini real vaxt rejimində yoxlamaq üçün qlükoza monitorları quraşdırılıb. Daha sonra alimlər xolesterin və ürək sağlamlığının digər mühüm göstəricilərindəki dəyişiklikləri izləmək üçün ikinci qan testi keçirdilər.

American Journal of Clinical Nutrition-da yazan akademiklər, "Klassik ürək-damar xəstəlikləri risk faktorları arasında heyvan mənşəli ət pəhrizi və bitki mənşəli ət qrupları arasında heç bir aydın təsir müşahidə edilməmişdir" dedi.

“Hər iki qrupda xolesterin azalıb. Trans yağların (doymamış yağ turşularının) səviyyəsi ət yeyənlər arasında ən yüksək olub, onların natrium qəbulu isə səkkiz həftə ərzində azalıb. Vegan ət istehlak edənlər arasında 42,5 faiz artım olub”.

"Qan təzyiqində kiçik irəliləyişlər ət yeyənlərdə qeyd edildi, lakin bitki əsaslı pəhrizdə olanlarda deyil."

"Bu tapıntılar göstərir ki, ənənəvi bitki əsaslı pəhrizlərin sənədləşdirilmiş sağlamlıq faydalarına baxmayaraq, onların sağlamlıq faydaları vegan ətləri ilə birləşdirilməməlidir" dedilər.

Bitki əsaslı pəhrizlərə maraq son illərdə artmaqdadır, vegeterianlar etik, ətraf mühit və ya sağlamlıq səbəblərini əsas gətirirlər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ