81 yaşlı qadın "daş uşaq" "dünyaya gətirdi" - FOTO


Həkimlər 81 yaşlı braziliyalı qadının qarın boşluğunda “daş uşaq” aşkar ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. 40 yaşdan yuxarı daşlaşmış döl cərrahlar tərəfindən çıxarılmalı olub.

Belə ki, 7 uşaq anası ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, ultrasəs müayinəsi zamanı həkimlər 81 yaşlı xəstənin qarın boşluğunda daşlaşmış döl aşkar ediblər. Qadının sözlərinə görə, 56 il əvvəl hamilə olub, lakin şiddətli ağrılardan sonra hamiləliyi dayanıb. Qadın hamiləliyin bitdiyini düşünərək həkimlərə müraciət etməyib.

Dölün toxumasının çürüməsi nəticəsində qan zəhərlənməsinin qarşısı alına bilib. "Litopedion" (daş körpə) kimi tanınan nadir patoloji ektopik hamiləlik zamanı döllənmiş yumurtanın uşaqlığa implantasiya olunmadığı öyrənilib. Bu hal embrion başqa yerdə - qarın boşluğunda, yumurtalıqda, fallopiya borusunda hətta bağırsaqlarda və ya aortada inkişaf etdiyi zaman baş verə bilər. /sfera.az/


MANŞET XƏBƏRLƏRİ