Hər gün çimən adamlara xəbərdarlıq - Sizi bu xəstəliklər gözləyir


Böyük Britaniyada insanların yarıdan çoxu (55%) gündə ən azı bir dəfə duş qəbul etməyin vacibliyinə inanır.

Turkustan.azxəbər verir ki, amma gigiyena mütəxəssisləri bunu zərərli hesab edirlər.

London Gigiyena üzrə Tibb Məktəbinin professoru Sally Bloomfield hesab edir ki, insanlar insanlar hər gün duş qəbul etməyi sadəcə sosial rahatlıq üçün edirlər.

"Əslində, bizim gündəlik duş qəbul etməyimiz vacib deyil. Bədənimizdə pis qoxuya səbəb olan mikrobların bizə heç bir zərəri yoxdur", deyə ekspert qeyd edib.

Harvard Tibb Məktəbindən Dr.Robert Şmerlinq öz növbəsində hesab edir ki, müntəzəm yuyulma dərinin qurumasına, infeksiyalara və allergik reaksiyalara səbəb ola biləcək bakteriyalar artmasına səbəb ola bilər.

"İmmunitet sistemimizin qoruyucu antikorlar və "immun yaddaşı" yaratmaq üçün normal mikroorqanizmlərdən, kirdən və digər ətraf mühit stimullarından müəyyən miqdarda stimullaşdırmaya ehtiyacı var" deyə alim qeyd edib.

Bundan əvvəl kosmetoloq, dermatoloq Natala Qrişina bildirib ki, aqressiv əl təmizləyiciləri isti su ilə birləşərək insanın sağlamlığını xeyli pisləşdirə bilər. Əllər quruyur, sabunun tərkibindəki antibakterial komponentlər dərinin qoruyucu baryerini zəiflətməyə kömək edir. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ