Ölümdən sonra donor olamaq üçün nə etmək lazımdır?


Ölümdən sonra donor olmaq üçün iki əsas üsul var: ərizə ilə müraciət və onlayn qeydiyyat.

Əriz ilə donor olmaq istəyən şəxslər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə yaxınlaşaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş ərizə formasını doldurmalıdırlar.

Turkustan.az xəbər verir ki, Səhiyyə Nazirliyi məlumat yayıb.

Mərkəzin ünvanı: Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi 107, G bloku, 8-ci mərtəbədir.Müraciətlə yalnız iş günləri, yəni bazar ertəsindən cüməyə qədər, saat 08:00-dan 17:00-dək qəbul olunur.

Alternativ olaraq, donor olmaq istəyən şəxslər www.odtkm.gov.az rəsmi internet səhifəsinə da olub, "Donor ol" bölməsində yerləşdirilmiş elektron formanı dolduraraq onlayn şəkildə. qeydiyyatdan keçə bilərlər.


MANŞET XƏBƏRLƏRİ