1,5 aydan sonra Hörmüz boğazını tamamilə yenidən açan İran ABŞ-ın davam edən blokadasını əsas gətirərək, boğazı yenidən bağlayıb.
Turkustan.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi dünən Livanda atəşkəsə uyğun olaraq, Hörmüz boğazının atəşkəs müddətinin sonuna qədər bütün ticarət gəmiləri üçün açıq qalacağını açıqladı. Bu qərardan sonra ABŞ prezidenti Tramp əvvəlcə İrana təşəkkür etdi, daha sonra isə Hörmüz boğazındakı blokadanın İranla razılıq əldə olunana qədər davam edəcəyini bildirdi.
Trampın blokada təhdidi İranı geri çəkilməyə məcbur etdi və İnqilab Keşikçiləri Hörmüz boğazına tam nəzarəti bərpa etdiyini açıqladı.
Aytən Yaşar/ Turkustan.az