Prezident Azərbaycanda sevilən liderdən danışdı


Prezident Şövkət Mirziyayev Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr verib.

Turkustan.az xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Qardaşım Prezident Şövkət Mirziyayevin müdrik rəhbərliyi altında Özbəkistan inkişaf və yaradıcılıq yolu ilə inamla irəliləyir. Özbəkistan Prezidentinin beynəlxalq nüfuzu, effektiv iqtisadi islahatları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrində həyata keçirilən genişmiqyaslı layihələri Özbəkistanı regionda lider mövqeyə yüksəldib, Özbəkistan dünyanın aparıcı idman ölkələri arasındadır. Bu yaxınlarda keçirilən Yay Olimpiya Oyunları bunu əyani şəkildə nümayiş etdirdi.

Şövkət Mirziyayev təkcə müdrik dövlət xadimi deyil, həm də Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr vermiş bir insandır. O, konkret hərəkətlərinə və xalqımıza qarşı isti münasibətinə görə Azərbaycanda sevilir və hörmət edilir. Uzaqgörən siyasətçi olan Şövkət Mirziyayev Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu aydın şəkildə görür. Bir daha hörmətli Şövkət Mirziyayev, hər şeyə görə çox sağ olun”, – Azərbaycan Prezidenti vurğulayıb./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ