ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Trampa qarşı sui-qəsd cəhdindən sonra premium qazanan bitkoin bu gün də yüksəlişini davam etdirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd kriptovalyuta bazarlarını qarışdırıb.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Trampa qarşı sui-qəsd cəhdindən sonra, Trampın seçkilərdə qalib gəlmə şansını artırdığına dair fərziyyələrlə yanaşı, kriptovalyutaların yüksəlişi bu gün də davam edib.
Trampın özünü kriptovalyuta tərəfdarı kimi göstərməsi yüksəlişdə təsirli olur.
İyulun əvvəlində 4 ayın ən aşağı səviyyəsinə enərək 60 min dolların altına düşən bitkoin, Trampa qarşı sui-qəsd cəhdindən sonra dünən yenidən 60 min dolları keçib.
Yeni gündə yüksəlişini davam etdirən Bitcoin səhər saat 9.30-a olan 4,9 faiz artımla 62 998 dollardan satılır.
Eyni dəqiqələrdə Ethereum 4,54 faiz artımla 3 min 346 dollardan alıcı tapır.
Bununla belə, Bitcoin hələ də martın ortalarında 73 798 dollar olan zirvəsindən 14,6 faiz aşağı hərəkət edir.
Eltac Zülfüqaroğlu/Turkustan.az