Səudiyyə Ərəbistanının Energetika Nazirliyi ölkəyə edilən son hücumlardan sonra təhlükəsizlik tədbirləri çərçivəsində Şərq-Qərb neft boru kəmərinin fəaliyyətini müvəqqəti dayandırıb.
Turkustan.az xəbər verir ki, nazirlik boru kəmərinin təhlükəsizliyinin təmin edilməsi və lazımi yoxlamaların aparılması məqsədilə əməliyyatların müvəqqəti dayandırıldığını açıqlayıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud isə bildirib ki, Şərq-Qərb neft boru kəməri İraqdan buraxılan dronların hücumuna məruz qalıb.
Aytən Yaşar/ Turkustan.az