Axios: Şahzadə Trampdan husilərə hücum edilməsini istədi


ABŞ-ın “Axios” nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampa iki dəfə zəng edərək husilərə qarşı hərbi müdaxilə tələb edib.

Turkustan.az xəbər verir ki, bin Salman Qırmızı dənizin mühüm keçid məntəqələrindən olan Bab əl-Məndəb boğazına yaxınlaşan husilərin irəliləyişindən narahatlığını ifadə edib və ABŞ-ın hücumlara başlamasını istəyib.

Məlumata görə, Tramp bu tələbi rədd edib və ABŞ-ın hazırda husilərə qarşı birbaşa hərbi müdaxilə planının olmadığını bildirib.

Bin Salman Trampa Yəməndə vəziyyətin pisləşdiyini də çatdırıb. Husi qüvvələrinin sahil şəhəri Mokhaya doğru irəlilədiyi, Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən qüvvələrinin isə geri çəkildiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ