Əraqçi: ABŞ ilə heç bir danışıqlar aparılmır


İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı İsrailin maraqları naminə regional ölkələri qurban verməkdə ittiham edib və bildirib ki, Tehran hazırda yalnız ölkənin müdafiəsinə fokuslanıb, Vaşinqtonla isə heç bir danışıqlar aparılmayacaq.

Turkustan.az xəbər verir ki, Əraqçi İran dövlət televiziyasına açıqlamasında qeyd edib ki, müxtəlif kanallar vasitəsilə bəzi mesaj və fikirlər mübadilə olunub və bunlar aidiyyəti yüksək instansiyalara çatdırılıb. Onun sözlərinə görə, zərurət yaranarsa, rəsmi mövqe yüksək səviyyədə açıqlanacaq.

Nazir vurğulayıb ki, İran atəşkəsi çıxış yolu hesab etmir. O bildirib ki, bəzi ölkələrin xarici işlər nazirləri və liderləri telefon danışıqları zamanı atəşkəs təklifləri irəli sürsələr də, Tehran bu mövqeyi qəbul etməyib.

Əraqçinin sözlərinə görə, İranın məqsədi müvəqqəti fasilə deyil, müharibənin tam şəkildə başa çatmasıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ