ABŞ Ali Məhkəməsinin tarifləri qanunsuz elan etmək qərarı ölkəyə yüz milyardlarla dollara başa gələcək.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Nümayəndələr Palatasının Kampaniya Komitəsi tərəfindən təşkil edilən illik ianə toplama tədbirində deyib.
Trampın sözlərinə görə, Ali Məhkəmənin tarif qərarı nəticəsində ABŞ "yüz milyardlarla dolları geri ödəməli olacaq": "Onlar ölkəmizdən oğurluq edən insanlara qaytarılmalı olacaq və bütün bunlar Ali Məhkəmənin öz qərarına həmin vaxta qədər ödənilən bütün pulların geri qaytarılmaması lazım olduğunu bildirən qısa bir cümlə daxil etmədiyinə görədir. Bu, bizə yüz milyardlarla dollara başa gələcək".
20 fevralda ABŞ Ali Məhkəməsi hazırkı ABŞ liderinin Beynəlxalq Fövqəladə İqtisadi Güclər Qanunu (IEEPA) bəhanəsi ilə digər ölkələrə idxal tarifləri tətbiq etməsinin səlahiyyətdən sui-istifadə olduğuna qərar verib. Lakin Ali Məhkəmə ABŞ administrasiyasının tariflərdə artıq ödənilmiş pulu geri qaytarmalı olub-olmadığını dəqiqləşdirməyib. Bundan sonra Amerika lideri bütün ölkələrdən idxala 10 faiz tarif tətbiq edən bir sərəncam imzalayıb. Daha sonra o, bu tarifləri 15 faizə qaldırmaq niyyətində olduğunu açıqlayb. Amerika idxalına 10 faiz qlobal tariflər 24 fevralda qüvvəyə minib. Onların qanunun icazə verdiyi 150 gün ərzində - 24 iyuladək qüvvədə qalması planlaşdırılır. /Musavat.com/