ABŞ-ın irəli sürdüyü 15 maddəlik təklif İran tərəfindən son dərəcə maksimalist və əsassız kimi qiymətləndirilir.
Turkustan.az xəbər verir ki, bunu Tehrandakı Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Abbas Aslani deyib.
“Əsas problem Vaşinqtonun tələblərinin miqyası və tonundadır. Məsələ ondadır ki, ABŞ tərəfindən irəli sürülən şərtlər maksimalist xarakter daşıyır. İran bunu Vaşinqtonda real diplomatik niyyətin olmamasının, eləcə də atəşkəsə nail olmaq istəyinin səmimi olmadığının göstəricisi kimi qiymətləndirir.
ABŞ diplomatiya və gərginliyin azaldılmasından danışsa da, yerindəki addımları fərqli mənzərə yaradır. Vaşinqtonun regiona əlavə qüvvələr yerləşdirmək qərarı göstərir ki, onların hərbi baxımdan izlədikləri strategiya danışıqlardakı mövqelərinin tonu ilə uzlaşmır”, - o bildirib.
Qeyd edək ki, Tehran ABŞ-ın 15 maddəlik təklifini rədd edərək, 5 şərt irəli sürüb. /axar.az/