İran Hörmüz boğazını əhatə edən yüksək dağlar və strateji təpələrə görə əhəmiyyətli bir üstünlüyə malikdir. Sahil xətti boyunca yerləşdirilən raket buraxılış qurğuları ilə boğazdan keçən hər bir gəmini izləyə bilir.
Turkustan.az xəbər verir ki, bunu türkiyəli jurnalist Orxan Sali ölkə mediasına açıqlamasında deyib.
O qeyd edib ki, ABŞ-ın bölgədə quru əməliyyatı keçirməsi çox baha başa gələ bilər:
“İran kimi geniş bir ərazini 30-40 min əsgərlə işğal etmək mümkün deyil. Lakin ABŞ Hörmüz boğazına nəzarəti ələ keçirməklə qlobal iqtisadiyyatı yüngülləşdirmək və qələbə elan etmək istəyir. Bu baxımdan, çox güman ki, Avropa və NATO ölkələrinin dəstəyini qazanmağa çalışacaq”. /axar.az/