“Sərhədin demarkasiyası nəticəsində bəzi su hövzələri Azərbaycanın nəzarətinə keçəcək”.
Turkustan.az xəbər verir ki, bu iddia ilə Ermənistanın Beynəlxalq Coğrafiya İttifaqının Hidroloji Komissiyasının icraçı komitəsinin üzvü Trahel Vardanyan çıxış edib.
O bildirib ki, sərhəddə gedən proseslərdən asılı olmayaraq, su ehtiyatları yaxşı idarə olunmalıdır:
“Düzgün idarəetmə ilə yaxın onillikdə problemimiz olmayacaq”.
T.Vardanyan Qarabağın Azərbaycan tərəfindən azad edilməsindən sonra çox sayda su hövzələrinin itirildiyini etiraf edib./Globalinfo.az