Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin aqibəti necə olacaq? - Politoloqdan AÇIQLAMA


Rusiya sülhmərəmlıları artıq Qarabağı tərk edir. Bununla bağlı hər iki dövlət rəsmi açıqlama verib.

Bəs Ağdamda yerləşən Rusiya-Türkiyə monitorinq mərkəznin aqibəti necə olacaq?

Bu mövzu haqqında politoloq Elxan Şahinoğlu Turkustan.az-ın sualını cavablandırıb.

“Rusiya hərbi kontingenti kimi Rusiya-Türkiyə monitorinq mərkəzi də Qarabağda separatizmə son qoyandan və antiterror əməliyyatından sonra nominal xarakter daşıyır.

Bu monitorinq xidməti hələlik bizi narahat etmir. Bizim üçün əsas məqsəd Rusiya hərbi bazasının ləğvidir ki, buna nail olduq. Bu hadisəni ikinci Qarabağ müharibəsində qələbəmizdən və antiterror əməliyyatından sonra ən böyük uğurumuz hesab etmək olar. Hesab edirəm ki, bir müddət sonra monitorinq mərkəzinin fəaliyyəti dayandırılacaq. Çünki ehtiyac yoxdur. Ermənilər bölgəni tərk etdiyinə görə Rusiya hərbi kontingenti üçün ayrı xəttə ehtiyac yox idi. Bundan əlavə, monitorinq mərkəzinə ehtiyac yoxdur. Nəyə nəzarət edəcəklər? Ona görə hesab edirəm ki, bu bizə böyük təhlükə yaratmasa da bir müddət sonra, bu mərkəzin fəaliyyətinə xitam veriləcək”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ