"Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı” - ƏRDOĞAN


Bəzi qərbmeyilli qüvvələr Türkiyənin və regionun sabitliyini pozmaq üçün illərdir hər bir təxribata əl atıb.

Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində keçirilən mitinqdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, son zamanlar Qəzzada baş verənlərin bundan heç bir fərqi yoxdur:

"Əmin olun ki, Qəzzada müsəlman qanının tökülməsinə kor və kar olanlar sabah belə bir bəla başımıza gəlsə, eyni şeyi edəcəklər. Əslində biz bunu yaşadıq. Rusiya ilə fikir ayrılığımız olduğu, terror təşkilatlarının sərhədlərimizə çatdığı bir vaxtda Qərb dövlətləri cənub şəhərlərimizdəki hava hücumundan müdafiə sistemlərini geri aldılar. Biz o dövrün çətinliklərini öz gücümüzlə, öz imkanımızla, mübarizəmizlə həll edə bildik. Suriyada, Liviyada, Aralıq dənizində, Qara dənizdə, Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı”. (modern.az)


MANŞET XƏBƏRLƏRİ