"Bunları mütləq nəzərə alın" - Laçına gedən sürücülərə xəbərdarlıq


Xəbər verdiyimiz kimi, aprelin 27-dən başlayaraq vətəndaşlar öz şəxsi minik avtomobilləri ilə Laçına şəhərinə səfər edə biləcəklər. Səfərin müddəti isə iki gün nəzərdə tutulub.

Bakupost.az -a açıqlamasında hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Laçına yola düşəcək sürücülərin diqqət etməli olduqları məqamları sadalayıb:

“Əslində yoldan, Azərbaycanın coğrafiyasından anlaşıyışı olan hər bir sürücü Laçına gedə biləcək. Bunun üçün marşurut da bəllidir. Yol nişanları var, amma yaxşı olardı ki, məlumatverici nişanların sayını çoxaltsınlar. Xüsusən də yol ayrıclarında buna ehtiyac var".

O qeyd edib ki, Laçına iki marşurut var:

"Birincisi, Füzuli rayonunun Əhmədbəyli kəndindən Şuşa istiqamətindədir. Əhmədbəyli kəndində bir dənə işıqfor var və ordan sağa dönəndə Alxanlı kəndinə keçirsən. Orda nəzarət postu var. Həmin marşrut Zəfər yoluyla Şuşa şəhərinin girəcəyinə qədər gəlib çıxır. Şuşaya girişi olmayan sürücülər Daşaltı kəndinə qalxdıqdan sonra Laçın şəhərinə yola düşəcək.

İkinci marşurut isə Araz çayı boyu gedilən yoldur. Burdan gedənlər Əhmədbəyli kəndində işıqforu düz keçib Horadiz şəhərindən sonra nəzarət postundan Ağalı kəndinə, ordan Həkəri çayı boyu Qubadlı rayonunun şimalına gedirlər. Həmin ərazidə 25-30 kilometr asfaltsız yol var, onu keçib Laçına çatacaqlar. Sürücülərin diqqət etməli olduqları əsas məqam relyefdir. Bunu nəzərə almaq lazımdır. Zəfər yolunda hər iki istiqamətdə çox sərt enişlər və yoxuşlar var. Həmin ərazidə təcrübəli sürücülərin avtomobil idarə etməsi məsləhətdi. Laçının ərazisində də sərt döngələr və yoxuşlar var, sürücülər burda da diqqətli olmalıdırlar. Aprel-may aylarında Laçın və Şuşada dumanlı hava olur, yağış, dolu yağır. Bütün bunları sürücülərin nəzərə alması tövsiyə olunur”.


MANŞET XƏBƏRLƏRİ