Boşanmış və dul qadınlar himayədarlığa övlad götürə bilər?


Bu ilin yanvar-mart aylarında övladlığagötürmə ilə bağlı 62 müraciət daxil olub və 27 uşaq övladlığa verilib.

Bu barədə Sosial Xidmətlər Agentliyindən bildirilib.

Qeyd olunub ki, övladlığa götürülən uşaqlardan 10 nəfəri ögey ata (ana) tərəfindən, 9 nəfəri qohum tərəfindən övladlığa götürülüb.

Qeytkipinq prosesi çərçivəsində 182 uşaqla bağlı 142 müraciət daxil olub. Onlardan 58 uşaq ailədə saxlanılıb, 69 uşaq müəssisəyə yerləşdirilib. Digər uşaqlarla bağlı isə aidiyyəti üzrə qərar qəbul edilib və ya işlər davam etdirilir.

Ümumilikdə bu ilin ötən dövründə 31 uşaq ailə himayəsinə qaytarılıb.

Maraqlıdır, ölkəmizdə boşanmış və dul qalan şəxslər himayədarlığa övlad götürə bilər?

Məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, qanunda bu, qadağan olunmayıb:

"Qanun dul, subay, boşanmış - bunların heç birinə övladlığa götürülmə qadağası qoymayıb. Subay qadınlara 30 yaşına çatdıqdan sonra övladlığa götürülməyə icazə verilir. Amma qanuna görə, uşağı götürənlə övladlığa götürülən arasında yaş limiti var. Ən azı, 18 yaş fərq olmalıdır.

Valideyn hüququndan məhrum olunmuş, uşaqlarına qarşı zorakı hallar sərgiləmiş, ağır cinayətlər törətmiş və ya cinayət təqibində olan şəxslərə isə övladlığa götürülməyə icazə verilmir".


MANŞET XƏBƏRLƏRİ