Hər bir xalqın yüzillər ərzində formalaşmış adət-ənələri,bayramları onun mənəvi dəyərlərini təşkil edir.
Novruz bayramı xalqımızın mənəvi dəyərlər sistemində önəmli yer tutur.Bu bayramın tarixi kökləri və mahiyyəti ilə əlaqədar bir çox məsələlər hələ tam şəkildə açıqlığa qovuşmamışdır.
Novruz bayramının mahiyyəti və onun tarixi kökləri haqqında ilk geniş məlumatı mətbuatda 1907-ci ilin mart ayında Əli bəy Hüseynzadə 1907-ci ildə “Füyuzat” jurnalında nəşr olunan “Novruzi-inqilab” adlı məqaləsində Novruzun atəşpərəstliklə əlaqələndirilməsinin yanlış olduğunu qeyd edir bu bayramın əslində Türklərin bayramı olduğunu yazır.
Məhəmməd Əmin Rəsulzadə Novruz bayramının Azərbaycanlıların mənəvi mədəniyyətində malik olduğu önəmə görə hələ XX əsrin əvvəllərində ona 3 məqalə həsr etmişdir.O ilk məqaləsini 1917-ci il 15 martda “Açıq söz” qəzetində,digər məqalələrini 20 mart 1919-ci ildə “İstiqlal” qəzetində və 19 mart 1920-ci ildə “Azərbaycan” qəzetində nəşr edib.
Rəsulzadəyə görə Novruz bayramı Cəmşidə və İran xalqına aid edilsədə əslində o hər iki xalqın ortaq bayramıdır .O Türklər üçün bir qurtuluş bayramı olduğunu və həmin gün Türklər dəmir dağı əridərək çıxılmaz bir dərədən qurdun köməyi ilə baharın başlandığı gün qurtularaq azadlığa çıxmışlar.
Həmin gün keçmiş təqvimlə 9 marta təsadüf etdiyi üçün Türklər 9 rəqəmini müqəddəs hesab edir və həmin günü qurtuluş günü-Ərqənəkon bayramı olaraq Qurdun başını tuğ şəklində ucaldaraq bayram edirlər.Rəsulzadə Türklərin həyatında qurdun oynadığı önəmə görü qurtulmaq sözünün əslində “Qurd olmaq” anlamı daşıdığını yazır.
Novruz bayramını Türklər Cəmşidi Novruz deyil “Sultan Novruz” adlandrırlar.Əslində iranlılar tərəfindən ərəblərin təzyiqi ilə unudulan bu yeni ilin-yazın gəlişinin bayramını ilk dəfə dövlət səviyyəsində Səlcuq bəyi Alp Arslanın oğlu 1072-ci ildə hakimiyyətə gəlmiş Səlcuq Sultanı Cəlaləddin Məlikşah 1075-ci ildə hazırlatdığı “Cəlali” təqvimində Novruzun xalq bayramı kimi qeyd olunmasını əmr etmişdir və ona görə də ta qədimlərdən bu günədək bu bayram Türklər tərəfindən Sultan Novruz adlanır.Xorasandan başlamış İran yaylasını da əhatə edən Səlcuqlu İmperiyasının bütün xalqları iranlılar da daxil olmaqla Novruzu rəsmi ümumxalq bayramı kimi qeyd etməyə başlamışlar.
Yazın gəldiyi Mart ayının Türklərdə əsil adı Bars ayıdır.Olduqca cəsur,atılqan heyvan olan Bars Türklərdə qurd,öküz,maral kimi totem,yəni onqon idi və tanrısal mahiyyətə malik idi.Türklərin ən qədim boy birliyi olan Barsillərin totemi Bars olub onun adını daşıyırdılar. Bars Türklərdə həmçinin astonomik xarakter daşıyırdı, ulduz bürclərindən birinin adı idi.Bars m-b əvələnməsi ilə yunan mifologiyasında savaş tanrısı Mars şəklində ifadə olunmuşdur və Mars-Bars planeti də onun adını daşıyırdı.Mahmud Kaşqarlının “Divani lüğətit Türk” və digər tarixi mənbələrdə qeyd edildiyi kimi Türklər on iki müxtəlif heyvanın adını on iki ilə verərək özəl bir təqvim meydana gətirmişlər.Bu təqvim sonradan çinlilərə digər xalqlara keçmişdir.Qədim türklərdə həftə anlayışı yoxdur ,çünki həftə islamı qəbul etdikdən sonra türklər içərisində yayqın olmuşdur.İlin başlanğıcı “siçan ili”dir, sonrakı illər sıra ilə Öküz,Bars,Dovşan,Əydaha,İlan,At,Qoyun,Meymun,Toyuq,İt,Donuz ili olaraq davam edir.Hər il adını daşıdığı heyvanın xarakterinə uyğun keyfiyyətlərə malikdir.
Rəsmi tarixşünaslıqda “Novruz” sözünün ilk dəfə fars mənbələrində eramızın II əsrində meydana çıxdığı, lakin bu hadisənin özünün artıq Əhəmənilər sülaləsi dövründə təxminən er.əv. 550-330-cu illərdə qeyd olunduğu fikri də irəli sürülür.
Fərvərdin ayının Uraz gününə uyğun gələn yazın başlanğıcı (təxminən 14 mart); gecə ilə gündüzün bərabərliyi; məhsuldarlıq və firavanlıq mövsümünün başlanğıcı kimi qeyd olunur. “Novruz” sözünün özü fars dilindən “yeni gün” kimi tərcümə olunur.
İran əfsanələrində və “Şahnamə” poemasında Novruzun qeyd olunmasının başlanğıcı guya İranın əfsanəvi Şahları Kayumərsin və Cəmşidin taxta çıxaraq hakimiyyətlərinin başlanması ilə əlaqələndirilir ,buna görə də zərdüştilər arasında bayramın tez-tez işlənən adı “Cəmşidi Novruz”dur və bu bayramda şahların tacqoyma ənənəsi kimi qeyd olunur.
Fikrimizə görə Cəmşid tarixdə olmayan əfsanəvi şahdır və adı Sumerlərin Günəş tanrısı UTU-nin yəni Od tanrısının adından götürülmüşdür.Akkadlar tanrı Utuya Şamaş deyirdilər və mənası günəş deməkdir.Bu adı ərəblər Şəms kimi ifadə edirdilər.Cəmşid adı Şamaş-utu yəni Sumercə və Akadca günəş adının birləşməsindən ibarət təhrif olunmuş şəklidir.
İran mifologiya və dastanlarında adı Novruz bayramı ilə əlaqədar çəkilən digər əfsanəvi padşah və ilk insan Kayumərsin gerçək ifadə şəkli Qaumartadır.Qau-marta adı sami Akkad dilindən İran dillərinə keçmişdir və Qutur adlı Sumer tanrı adının Akkad dilində tərcüməsidir və mənası hər iki dildə “öküz oğlu” deməkdir.
Maraqlı fakt odur ki,əfsanəyə görə Cəmşid qızıl taxta Azərbaycanda oturaraq hakimiyyətə başlamışdır və həmin tacqoyma günü dünya nura boyanmış və yeni bir dövrün başlandığı gün onun şərəfinə Yeni gün-Novruz adlanmışdır.
Ərəblər Albaniyanı,yəni Azərbaycanın Arazdan şimaldakı ərazisini Serir əadlandrırlar ki, onun mənası “qızıl taxt” deməkdir.Sumer əfsanələrinə görə hakimiyyət rəmzi olan qızıl taxt tanrı tərəfindən krallara dağlıq ölkə olan Arattada yəni indiki Azərbaycanda əta edilirdi.
Sasanilər dövründə krallar həmin qızıl taxta sahib olmaq üçün Azərbaycana yürüşlər edirdilər.
Bir çox müəlliflər Novruz adının əslində Nimruz olduğunu yazırlar.Nimruz isə Nimrud adının sondakı d-z əvəzlənməsi ilə yaranan variantıdır.Nimrud əfsanəvi Sumer kralıdır və Babil qülləsini ucaldan hökmdar və ilk Turan imperatorudur.Tövratda və Quranda Nimrud mahir ovçu,əzəmətli hökmdar,İbrahim peyğəmbəri odla sınağa çəkən tirandır.
Əslində Nimruz adının mənası “ali gün”,”yücə gün” olub əzəmətli hökmdar Nimrudun taxta çıxdığı gündür.Nimrud adı sonradan Şahnamədə və digər İran əfsanələrində təhrif olunaraq Nimrud-Nimruz şəklində dəyişikliyə uğrayaraq Novruz kimi ifadə olunmuşdur.
Novrus bayramının Əhəmənilər dövründən bayram edildiyini və tarixin sonrakı dövründə Əhəməni imperiyası tərkibində olmuş xalqlar tərəfindən qeyd olunduğu fikirləri mövcuddur.Görünür Nimrud-Nimruzla əlaqədar əfsanə Əhəmənilər dövründən etibarən Mesopotamiyanın qədim Turanlı xalqlarından əxz edilmişdir.Novruzu Atəşpərəstlik və Zərdüşlə də əlaqələndrirlər.
Lakin Novruzu Asiyada və Avropada elə xalqlar bayram edirlər ki, onlar tarixən Əhəməni və Sasani dövlətləri ilə heç bir əlaqəyə malik olmamışlar,əksinə tarixən türklərin məskunlaşdığı ərazilərdə və müasir dövrdə də məhz türk xalqları tərəfindən bayram edilməkdədir.Novruz ən qədim tarixdən etibarən kökü Sumerlərə,Turanlılara və Türklərə bağlı olub yazın,gəlişi,yeni il,bərəkət bayramıdır.
Baharın gəlişi ilə yeni ilin başlanması,əkinçilik və məhsuldarlıq bayramı kimi Novruz martın 21-də Rusiyada,o cümlədən Avropa və Asiyanın bir çox ölkələri və xalqları tərəfindən, məsələn, Dağıstan, Tatarıstan, Başqırdıstanda,Sibirdə və başqalarında qeyd olunur. Novruz Çinin Sincan-Uyğur Muxtar Bölgəsində,Kürdüstanda, Hindistanın bəzi bölgələrində, Albaniyada bektaşilər arasında, Bosniya və Herseqovina Federasiyasında və Şimali Makedoniyada da qeyd olunur.
Sibirdə yaşayan türk xalqları şorlar,teleutlar,xakaslar,tuvalar “ilin başı” mənasını verən Çıl-pası bayramını qeyd edirlər. Keçmişdə Şorlar arasında bahar Yeni ilin başlanğıcı hesab olunurdu; Sayan-Altay təqviminə görə, yaz bərabərliyi günündə ənənəvi olaraq şor və teleut Yeni ili və ya Çıl-Paji qeyd olunurdu. Şorlar yeni ili-Çil Paşını təmizlik simvolu olan yanar tonqalın ətrafında qeyd edirlər və bayram mərasimini kam-şaman və onun köməkçisi olan alqışçı idarə edir.Bayram günü ailənin və evin əmin-əmanlığın qoruyucusu olan Atəş ruhu - Ot İneni razı salmaq üçün içki və xüsusi yeməklə qonaq edirlər.
Maraqlısı odur ki, buddizmin təsiri altında olan tuvalılar da Çin, monqollar, altaylar, buryatlar və kalmıklar kimi ay təqviminə görə fevral-mart aylarında Şaqaa yəni Şaqnın-çaazı (Yazın gəlişi) ilin başlanğıcını qeyd edirlər. Yaz bayramı Novruz bir çox türk xalqları arasında gündüz bərabərliyi gününə təsadüf edir.
Tenqri dininə etiqad edən Yakutlarda yazın gəlişi-yeni il Isıax yay gündönümünə düşür.İsıaax yakutların Ayıı tanrısına həsr olunub, İsıaax sözü hərfi mənada “bolluq” kimi tərcümə olunur, günəş tanrısı kultu, məhsuldarlıq kultu ilə əlaqələndirilir. Şimalda uzun müddət davam edən sərt qışa görə təbiət yalnız yayda oyanır.Yayda təbitin oyanması bayramı başkurt və tatarlarda Hapantuy və Sabantuy,çuvaşlarda Akatuy adlanır.Aki-toy yazın gəlişi və əkinçiliyin başlanması məhsuldarlıq bayramıdır.Sabantuy xalq bayramı əkinçiliyin başlanması-yəni səpin və ya xış bayramı idi.
Çuvaş türklərinin Akatuy yəni Aki-toy bayramı Sumerlərin Akitu bayramında olduğu kimi həm ad baxımından həm də mahiyyət baxımından eyni ilə yazın gəlişi və əkinin başlanması kimi bayram edilirdi.
Sumerdə Akitu bayramı ilk bahar və son bahar olmaqla ilin iki ayında,Martın sonu-Aprelin 1-ci günündə təbiətin oyanmağa başlanması ilə yeni ilin girməsi,torpağın xışlanaraq becərildiyi və əkinin başlandığı gündür bu Nisanın ayının 1-ci günü baş verirdi və 11 gün davam edirdi.İkinci Akitu bayramı isə son baharda Sumerlərin Taşritu adlandırdığı Sentyabr ayında məhsul yığımı və bərəkət bayramı idi.Sumerin məhsuldarlıq,bərəkət və “həyat verən” ana tanrıcası, baş tanrı An-ın qızı Bau Akitu bayramına himayədarlıq edirdi.
Yeni ilin,əkinçiliyin və bərəkətin xəbərçisi olan Bayram təntənələrində xalqla birlikdə baş kahin və kral da iştirak edir,əhali şəhərdən kənara əkin yerlərini ziyarət edir,təbiətlə qovuşurdu.Bayramda mərasim nəşmələri oxunur,Tanrının və kralın heykəli ucaldılır və onlara ithaf olunmuş dualar səsləndrilirdi.
Sumerlərdə Akitu Ur şəhərində ilin 7 ayına,bu məhsulun toplandığı bərəkət ayıdır.Sumerdə əkinçi Agar şəklində ifadə olunur dilimizdə əkər sözünə uyğundur.Sumer dilində á-tiku sözü eyni zamanda güc; əmək qabiliyyətli; qüdrətli adamı yəni əkinçini ifadə edir.
Akitu adının Sumer dilində mənası A-'zamanı, Ki'- dünyanı ve Ti- yaxınlaşmanı ifadə edir.Yəni dünyada yeni dövrün,zamanın yaxınlaşması.
Akatuy (çuvaş. Akatuy “kotan və ya xış bayramı”) çuvaş xalqının əkin işlərinin başa çatmasına həsr olunmuş yaz bayramıdır. Bu bayram özündə bir sıra mərasimləri və təntənəli mərasimləri birləşdirir. Köhnə çuvaş həyat tərzində Akatuy yazlıq tarla işlərinə çıxmazdan əvvəl başlayıb, yazlıq əkin bitdikdən sonra başa çatırdı.
Çuvaşlarda Akatuyun ritual hissəsini həyata keçirmək üçün hər ailədə əvvəlcədən pivə pişirilir, yemək ehtiyatı hazırlanır və yumurtalar rənglənir.Sonra bütün bunlar şənlik ərəfəsində iştirakçılara qonaq edilir.Qonaq etmə qurtaran kimi aparıcı əkinçilik əməyini tərənnüm edən “Alran qayı aki-suxi” (“Əkin və şum bizim əbədi işimizdir”) mahnısını oxumağa başlayır.Qədim çuvaş ənənəsinə görə bütün qapılar üzü gündoğana açılır.Türk xalqları əzəldən doğan günəşə baxaraq dua edir.
Çuvaşların hər biri dualarında ən ali tanrı Turadan və ona tabe olan xeyirxah ruhlardan bol məhsul, mal-qaradan çoxlu qazanc, ailə üzvlərinə, bütün qohumlarına, qonşularına və tanışlarına sağlamlıq və bol sərvət diləyirlər
Sibir türklərində Yeni il yaz bərabərliyi günündən (22 mart) sayılır. Hesab olunur ki, bu gün işığın daşıyıcıları olan ruhi qüvvələri öz portallarını açır, insanlar dünyasına qayıdır və payız bərabərliyi gününə qədər burada qalırlar. Onların gəlişi ilə təbiət və insan həyatı canlanır. Buna görə də tanrılarla səhər tezdən, təbiətdə, təpədə görüşmək və salamlamaq adətdir. Təzə ət və süddən ən yaxşı yeməklərlə, təmiz paltarda, yaxşı düşüncələrlə və ən yaxşı istəklərlə, yurtunuzu (ev və ətrafı) əvvəlcədən təmizləyin. Onlar ağ ağcaqayın ağacını - yuxarı və orta dünyaları birləşdirən müqəddəs ağacı rəngli çalom lentləri ilə bəzəyirlər.
Həştərxan tatarları da əvvəllər Novruzu martın 14-də geniş şəkildə qeyd edirdilər və onu ərəblərin hamal ayının adı ilə “amil”- adlandırırdılar.
Krım tatarları bayramın adını Navrez kimi tələffüz edirlər. Bayramdan əvvəl əcdadların məzarlarına gedib onları səliqəyə salmaq adətdir. Ev sahibləri evi səliqəyə salır, ağardıb təmir edirlər. Paltar yuyulur.
Novruz hətta xristian türkləri olan qaqauzlar və çuvaşlar tərəfindən də qeyd olunur.Çuvaşlar Novruza Naras deyirlər.
Ural-Altay türklərində Bahar bayramı Novruz-Erqenekon bayramı ilə yanaşı bir də dekabrın 21-22-də türklərin yeni ili olan Nurdoğan bayramı da möcuddur. Nurduqan, türklərdə və islama qədər olan türklər ilə şumerlerde də eyni adla xatırlanan yeni il bayramıdır. Bu bayrama Ayaz Ata bayramı da deyirlər.Türklərin qədim inancına görə gecə ilə gündüz davamlı vuruşur və 21 dekabr günü ən uzun gecədir və ardından günlər uzanmağa başlayır, buna görə 22 dekabr günü türklər üçün çox əhəmiyyətlidir və bu gün (ay ili əsasına söykənən bir təqvim istifadə etdikləri üçün) bütöv ayın yəni dolun Ayın çıxdığı ilk gün yeni ilin ilk günüdür.Nar və ya nur sözünü yalnışlıqla monqol sözü kimi izah edirlər.Əslində isə Nur işıq-günəş-nur anlamında kökü Ön Asiyanın Turanlı xalqları Hurri,Midiya,Urartu dillərinə bağlıdır.Sözun mənası işığın-nurun doğması deməkdir.
Bayram süfrələrində buğda, arpa, darı, qarğıdalı, lobya, noxud, mərcimək, düyü, küncüt və lobyadan hazırlanmış yumru yeməklər düzülürdü. Yəni yaz qabağı bərəkət və bolluq gətirən bu taxıl məhsullarına özəl münasibət bəslənirdi.Novruzda yeməklər əsasən bitki mənşəli yeddi məhsuldan hazırlanır, ən məşhur bayram yeməyi sumalakdır - buğda cücərtilərindən-səmənidən hazırlanan yemək növüdür.Ümumiyyətlə Azərbaycanda Novruz bayramında səməninin özəl yeri vardır,o qışın soyuğundan sonra təbiətin canlanmasını,bərəkəti, bolluğu təcəssüm etdrir.
Xalqımızın bərəkət bayramı,yenil bayramı,qurtuluş bayramı olan Ərqənəkon-Novruz bayramı kutlu olsun.Xalqımıza bu milli Türk bayramında əmin amanlıq,bol rifah və xoş günlər arzu edirik.
Ələsgər Siyablış