Trampa qarşı ŞOK İTTİHAM: Vaşinqtonda məhkəmə prosesi başlayır


Vaşinqtonda ictimai təhlükəsizliklə bağlı fövqəladə vəziyyət elan edən ABŞ prezidenti Donald Tramp bu çərçivədə Milli Qvardiyanı şəhərə yerləşdirməsi ilə bağlı qanunsuzluqda ittiham olunur.

Turkustan.az xəbər verir ki, Vaşinqtonun baş prokuroru Brian Schwalb tərəfindən qaldırılan iddiaya əsasən, Tramp şəhər rəhbərliyinin razılığı olmadan paytaxta hərbi qüvvə yeritməklə ABŞ Konstitusiyasını və federal qanunları pozub.

CNN-in yaydığı məlumata görə, sözügedən Milli Qvardiya qüvvələrinin əksəriyyəti digər ştatlardan olub və öz yurisdiksiyalarından kənarda küçələrdə patrul xidməti aparıblar.

Baş prokuror Schwalb qeyd edib ki, bu vəziyyət Vaşinqtonun muxtariyyətinə ciddi zərbə vurub, şəhərin təhlükəsizlik balansını pozub və həmçinin turizmə və yerli iqtisadiyyata mənfi təsir göstərib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ