İsrailin müdafiə naziri Yisrael Katz Qəzza şəhərində "cəhənnəmin qapılarının açıldığını" deyib və şəhəri işğal etmək üçün hücumları gücləndirməklə hədələyib.
Turkustan.az xəbər verir ki, Müdafiə naziri Katz X sosial media platformasında verdiyi açıqlamada, İsrail ordusunun işğalçı hücumları çərçivəsində ilk dəfə Qəzza şəhərində çoxmərtəbəli binaya hücum edəcəyi ilə hədələyib.
“Qəzzada cəhənnəmin qapıları açılır” deyən Katz, HƏMAS-ın ya İsrailin hücumlarını dayandırmaq, o cümlədən silahlarını yerə qoymaq və bütün məhbusları azad etmək şərtlərini qəbul edəcəyini, ya da “aradan qaldırılacağını” əlavə edib.
"Qapılar açıldıqdan sonra bağlanmayacaqlar və İsrail ordusunun hücumları şiddətlənəcək" deyən Katz, 1 milyon fələstinlinin yaşadığı şəhərə şiddətli hücumlar edəcəklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az