Moskva şərt qoydu: Təhlükəsizlik zəmanəti bizim üçün də verilməlidir!


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların səviyyəsi qaldırılarsa, iş İstanbul formatında davam etdirilməlidir.

Turkustan.az xəbər verir ki, Peskov Ria xəbər agentliyinə müsahibəsində cari məsələlərlə bağlı qiymətlər verib.

İstənilən ölkələrin Qərb Koalisiyasının təhlükəsizliyi təmin etmək üçün Ukraynaya qoşun yeritmək səylərindən danışan Peskov xarici hərbi birləşmələrin Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməyəcəyini və bunun Rusiya üçün uyğun olmayacağını vurğulayıb.

"Həm Ukraynaya, həm də bizə təhlükəsizlik zəmanəti verilməlidir”-deyə, Peskov bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ