Peskov: Putin Zelenskini Moskvaya bunun üçün çağırıb


Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenskini Moskvaya təslim olmaq üçün deyil, söhbət baş tutması üçün dəvət edib.

Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"O, Moskvaya təslim olmaq üçün deyil, danışmaq üçün dəvət olunub", - Peskov bildirib. Moskvanın niyə seçildiyi sualına Kremlin sözçüsü vurğulayıb ki, “bu, Putinin təklifi olub”. “Bu, onun təklifi idi və biz görürük ki, Zelenski şəxsən xarici işlər naziri vasitəsilə rədd edib".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ