Putin “hədəf alınacaqlar” dedi: azərbaycanlılar təhlükədə – Meydanda olanlar kimlərdir?


Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ərazisində yerləşdirilən bütün xarici kontingentlərin “qanuni hədəf” hesab ediləcəyini açıqlaması birmənalı qarşılanmayıb. Bu, əraziyə göndərilməsi müzakirə edilən Avropa qoşunlarına ünvanlı mesaj kimi dəyərləndirilsə də, eyni zamanda Ukrayna ordusunun tərkibində döyüşən etnik azərbaycanlıların taleyini ilə bağlı da narahatlığı artırıb.

Avropanın Kreml rəhbərinin açıqlamasına reaksiyası necə olacaq? Ümumiyyətlə, Ukrayna ordusunda döyüşən əcnəbi hərbçilərin mənsub olduqları ölkələr hər hansı tədbir görə bilərmi?

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Ukrayna-Rusiya müharibəsində “legionerlər” adlandırılan qruplar, yəni muzdlu döyüşçülər iştirak edir:

“Bu ölkədə yaşayan etnik baxımdan azərbaycanlı, gürcü, türk və ya digər millətlərə mənsub, lakin Ukrayna vətəndaşı olan şəxslər var ki, onlar müharibədə iştirak edə bilirlər. Bu, normal haldır. Hər kəs hansı ölkənin vətəndaşıdırsa, oranın ordusunda xidmət etməlidir. Ukrayna vətəndaşı olmayan azərbaycanlıların bu müharibədə iştirakı ilə bağlı isə əlimizdə konkret fakt yoxdur.

Putin "hədəf alınacaqlar" dedi: azərbaycanlılar təhlükədə - Meydanda olanlar kimlərdir?
Kazım Kazımov

Müharibədə atılan güllə və ya top mərmisi heç kimin etnik mənsubiyyətinə baxmır, bütün hədəflər sadəcə bir hədəf olaraq qalır. Cəbhədə Fransanın, Rusiyanın muzdlu döyüşçüləri, eləcə də Şimali Koreya hərbçilərinin mövcudluğu ilə bağlı müxtəlif məlumatlar var. Əfqanıstan və Vyetnam müharibələrində olduğu kimi, bir çox silahlı münaqişələrdə xarici muzdlulardan istifadə olunub”.


MANŞET XƏBƏRLƏRİ