İranın hava hücumundan müdafiə sistemləri PUA-ların bir qismini zərərsizləşdirib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin məlumatında qeyd olunub.
"Ciddi dağıntılar və insanlar arasında itkilər yoxdur. Hava hücumundan müdafiə sistemləri tərəfindən bir PUA vurulub, daha ikisi isə ələ keçirilərək məhv edilib. Bu barədə rəsmi qurumların açıqlamasına istinad edirik", - səfirliyin məlumatında qeyd olunub.
Həmçinin bildirilib ki, Rusiya səfirliyinin fəaliyyətində heç bir problem yoxdur, səfirlik ştat rejimində öz işindədir.
Qeyd edək ki, "Əl-Ərəbiyə" İsrailin PUA-larla Təbrizdəki dron zavodu, İsfahanda hərbi müəssisə və Mallarddakı sursat anbarına zərbələr endirdiyi haqda məlumat yaymışdı.
İran Müdafiə Nazirliyi isə yanvarın 28-si gecə saat 23:30-da İsfahanda yerləşən hərbi obyektə hücum zamanı insan itkisinin olmadığı, sursat istehsal edən zavoda cüzi ziyan dəydiyini iddia edib. (axar.az)