Trampdan tarixi bir dönüş! Dəfələrlə rədd etdiyi bənddə razılaşdı


ABŞ və İran arasında müharibəyə son qoyulmasını nəzərdə tutan 14 maddəlik memorandum elektron qaydada imzalanıb.

Turkustan.az xəbər verir ki, tərəflər yekun sazişin hazırlanması üçün 60 günlük danışıqlar prosesinə başlayıblar.

Memorandumun ən çox diqqət çəkən müddəalarından biri 6-cı maddə olub. Beynəlxalq ictimaiyyətin marağına səbəb olan bu bənd İranın yenidən qurulması və iqtisadi inkişafı ilə bağlı öhdəlikləri əhatə edir.

Sənədə əsasən, ABŞ regional tərəfdaşları ilə birlikdə İranın iqtisadi inkişafına dəstək məqsədilə ən azı 300 milyard dollar həcmində maliyyə proqramının hazırlanmasına sadiqlik nümayiş etdirib.

Memorandumun 6-cı maddəsində qeyd olunur:

“Amerika Birləşmiş Ştatları regional tərəfdaşları ilə birlikdə İran İslam Respublikasının yenidən qurulması və iqtisadi inkişafı üçün ən azı 300 milyard ABŞ dolları məbləğində qarşılıqlı razılaşdırılmış plan hazırlamağa sadiqdir. Bu planın icra mexanizmi 60 gün ərzində imzalanacaq yekun sazişin tərkib hissəsi kimi tamamlanacaq. Müvafiq maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün tələb olunan bütün lisenziyalar, istisnalar və icazələr ABŞ tərəfindən təmin ediləcək.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ