“Rusiya dağılacaq, yerində 7 dövlət yaranacaq” – SENSASİON proqnoz


ABŞ vitse-prezidenti Ceyms Devid Vensin regiona səfəri, Vaşinqtonun Azərbaycan və Ermənistanla əlaqələei daha da dərinləşməsi Rusiyadakı siyasi dairələri qəzəbləndirib.

Musavat.com-un xəbərinə görə, Kremlə yaxın politoloqlar Azərbaycana və Ermənistana işarə edərək yazırlar ki, “Ukraynadan dərs almadılar, Rusiya Cənubi Qafqaza qayıdana qədər heç kim xoşbəxt olmayacaq".

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkəmizə rəsmi səfərə gəlib

Bu xüsusda Rusiyanın "Svobodnaya pressa" saytı yazıb ki, “Qafqazda heç kəs Kissincerin dərsini öyrənməyib. Kissincer deyirdi ki, Amerikanın düşməni olmaq təhlükəlidir, amma Amerikanın dostu olmaq ölümcüldür”.

Rusiya Geosiyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korov isə bildirib ki, Cənubi Qafqaz ölkələri ABŞ-yə yaxınlaşmaqla “könüllü olaraq özlərini qeyri-sabitlik zonasına yerləşdirirlər. Rusiya üçün əsas problem nəyin bahasına olursa olsun Qafqazın geri qayıtmasıdır və bu baş verəcək. Rusiya ora qayıdana qədər heç kim xoşbəxt olmayacaq”.

Bu hədələr Rusiyanın Cənubi Qafqazla bağlı hansı planlarından xəbər verir?

Attachment

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirdiyinə görə, Rusiyanın nə planlar cızmasından asılı olmayaraq, Güney Qafqaz artıq onun nəzarətindən demək olar ki, qurtulub.
“Azərbaycan və Ermənistan tam olaraq xilas olub, Gürcüstan isə yaxın illərdə tam olaraq qurtulacaq. Məsələ bununla da yekunlaşmayacaq, Şimali Qafqazın ən azından 7 respublikası - Dağıstan, İnquşetiya, Adigeya, Çeçenistan, Kabarda-balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya Rusiyanın cəngindən ayrılacaq”, - deyə A.Həsrət belə proqnozlaşdırır.

Onun fikrincə, Azərbaycanın ABŞ-la inkişafda olan münasibətləri üçüncü ölkəyə qarşı yönəlməyib: “Dünya başqa yöndə inkişaf edir və belə bir şəraitdə müstəqil dövlətləri hədələmək Rusiyanın reallıq hissini itirdiyinin daha bir göstəricisidir. Dünyada artıq Rusiya Federasiyası adlı dövlətin çökəcəyinə tam əminlik yaranıb. Onun yerində yeni müstəqil dövlətlər qurulacaq. Rusiya nə indi öz tərkibindəki respublikalara, nə də Cənubi Qafqaza xoşbəxtlik gətirib”.

Ukraynadan sonra Cənubi Qafqaz: yeni oyun, yeni risklər

A.Həsrət hesab edir ki, sona yaxınlaşan Rusiya kimi dövlətin mediasının və siyasətçilərinin Azərbaycanı hədələməsi gülüş doğurur: “Onların dedikləri əslində, Rusiyanın Cənubi Qafqazdan getdiyinin etirafıdır. Ukraynadan biz yox, Rusiya özü dərs çıxarsa yaxşı olar. Rusiya orada bataqlığa elə saplanıb ki, hələ oradan çıxıb-çıxmayacağı bəlli deyil. Ukrayna Rusiyanın sonunu gətirdi. Öz günlərini ağlamaq əvəzinə bizi hədələmələri sadəcə heyrət doğurur. Ruslar özlərini xilas və xoşbəxt etməyin yolunu arasınlar”.


MANŞET XƏBƏRLƏRİ