“Bizim zəfərimizi döyüşdə başa çatdırmışıq. İndi isə diplomatiya masasında bu ugurumuzu davam etdiririk.”- bu fikirlər Dalğa FM radiosunda Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, biz indi sülh danışıqlarında ugurlarımızı davam etdiririk.
“Azərbaycan və Ermə nistan hökuməti arasında işlər sinxron şəkildə davam etdirilir. Biz Azərbaycan olaraq öz işlərimizi sərbəst şəkildə davam etdiririk. Amma Ermənistanda müəyyən problemlər var. Məsələn biz tam olraq Zəngəzur dəhlizini başa çatdırmışıq. Amma bu işlər Ermənistanda müəyyən mənada dalana dirənib. Bunun əsas səbəbi Ermənistanın dəmiryollarının mülkiyyət kimi Rusiyaya məxsus olmasıdır.”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda: