Böyük Britaniyanın Qrenlandiya planı: Rusiya, Çin və ABŞ faktoru


Britaniya həm adanı Çin və Rusiyadan qorumaq, həm də ABŞ-ın Qrenlandiya üzərində nəzarəti ələ keçirməsinin qarşısını almaq üçün Qrenlandiyaya qoşun göndərməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, “The Telegraph” qəzeti Britaniyanın Avropa müttəfiqləri ilə adanı Çin, Rusiya və ABŞ-dan qorumaq üçün Qrenlandiyaya qoşun göndərmək planını müzakirə etdiyini bildirib.

Hesabatda qeyd olunur ki, Çin və Rusiyanın bölgədəki artan varlığını təhdid kimi görən Böyük Britaniya adanı qorumaq üçün Fransa və Almaniya kimi Avropa müttəfiqləri ilə danışıqlar aparır və bu addımın ABŞ-ı Qrenlandiyanı ələ keçirməkdən çəkindirəcəyi gözlənilir.

Hesabatda həmçinin qeyd olunur ki, Britaniya hərbi rəsmiləri alman və fransız həmkarları ilə görüşərək Qrenlandiyada missiya üçün planlar hazırlayırlar.

Britaniya ordusunun ilkin planını da əhatə edən xəbərdə adaya Britaniya əsgərləri ilə yanaşı, hərbi gəmilər və təyyarələrin də yerləşdirilə biləcəyi bildirilirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ