Kuba prezidenti Trampa cavab verdi: Heç kim bizə nə edəcəyimizi diktə edə bilməz!


Kuba prezidenti Migel Diaz-Kanel sosial mediada ABŞ prezidenti Donald Trampın "çox gec olmamışdan əvvəl razılaşma əldə etmək" çağırışına cavab verib.

Turkustan.az xəbər verir ki,Diaz-Kanel Kubanın təcavüzkar dövlət olmadığını bildirib və ölkənin 66 ildir ABŞ-ın təcavüzünə məruz qaldığını qeyd edib. O, əlavə edib ki, "Kuba azad, müstəqil və suveren bir ölkədir. Heç kim bizə nə edəcəyimizi diktə edə bilməz".

Diaz-Kanel Kuba xalqının vətənlərini son damla qanına qədər müdafiə etməyə hazır olduğunu vurğulayaraq, heç kimin ölkəni təhdid edə bilməyəcəyini əlavə etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ