Reuters: İsrail yüksək hazırlıq vəziyyətindədir!


Reuters agentliyinin məlumatına görə, İsrail, ölkədə günlərlə davam edən etirazlardan sonra ABŞ-ın İrana müdaxilə ehtimalı ilə bağlı yüksək səviyyədə hazırlıq vəziyyətindədir.

Turkustan.az xəbər verir ki, məsələ ilə tanış olan və Reuters agentliyinə danışan üç İsrail mənbəsinin sözlərinə görə, İsrail hakimiyyəti son illərdə İranda günlərlə davam edən ən böyük etirazlardan sonra ABŞ-ın mümkün müdaxiləsinə qarşı yüksək hazırlıq vəziyyətindədir.
ABŞ prezidenti Donald Tramp etirazlar başlayandan bəri İrana dəfələrlə xəbərdarlıq edib. Son günlərdə o, dəfələrlə müdaxilə ilə hədələyib və İran hökumətinin etirazçılara qarşı güc tətbiq etməməli olduğunu təkrarlayıb. Dünən verdiyi açıqlamada Tramp ABŞ-ın "kömək etməyə hazır olduğunu" bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ