İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə zaman yenilənəcəyi maraqlandırır.
Bakıvaxt.az elə bu sualla "Azəriqaz" İstehsalat Birliyinə sorğu göndərib. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev saytımız bildirib ki, hər il olduğu kimi bu il də "smart-kart" tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yeniləcək:
“Mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər”.
E.Vəliyev qeyd edib ki, bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir:
“Sıfırlanma deyəndə abonentlər təşvişə düşür. Abonentlər elə bilirlər ki, yanvarın ilk günlərində sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir”.

Eldəniz Vəliyev: Bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir:
Müsahibimiz qeyd edib ki, yanvarın 6-7-dən sonra abonentlər alacaqları qazı 1200 kubmertlik limitlə əldə edəcəklər:
“Bu isə 12 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12 qəpik ödəyirlər.
Limit keçildikdən sonra isə 2500 kuba qədər istifadə olunan qazın hər kubmetrinə görə abonent 20 qəpik ödəyir. 2500 kubmetr keçdikdən sonra isə 25 qəpikdən hesablanır".