12 günlük müharibədən sonra Tehrandan ‘hazırıq’ mesajı: İran–İsrail gərginliyi yenidən alovlanır? - ŞƏRH


Son günlər İran–İsrail münasibətlərində gərginlik yenidən artmaqdadır. Qısa lakin təsirli 12 günlük müharibədən sonra tərəflər bir-birinə qarşı kəskin bəyanatlarla çıxış edir. İran rəsmiləri son açıqlamalarında İsrailin ilk hücumunda hazırlıqsız olduqlarını, lakin indi tam şəkildə cavab verməyə hazır olduqlarını bildiriblər.

Bu bəyanatlar Tehranın hərbi potensialını və müdafiə sistemlərini gücləndirməsi fonunda, regionda mümkün yeni qarşıdurma ehtimalını gündəmə gətirir.

İsrail tərəfi isə İranın nüvə proqramı və silahlanma siyasətini bölgə təhlükəsizliyi üçün əsas təhdid kimi qiymətləndirir. Mövcud vəziyyət, Yaxın Şərqdə balansın yenidən dəyişə biləcəyi bir mərhələnin yaxınlaşdığını göstərir.

Maraqlıdır görəsən, İsrail və İran arasında yeni bir qarşıdurma baş verə bilərmi? Turkustan.az olaraq bu sualı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov yenidən bələdiyyə üzvü seçildi

Oqtay Qasımov

İranın son dövrlərdə verdiyi açıqlamalar göstərir ki, ölkə müdafiə qabiliyyətini gücləndirmək istiqamətində mühüm addımlar atır. Belə ki, İran Rusiyadan su təyyarələrinin tədarükünü həyata keçirib, eyni zamanda Çin tərəfindən ona hava hücumundan müdafiə sistemləri təmin olunub. Bu İranın hərbi potensialını xeyli artırsa da, bunun kifayət qədər olub-olmaması mübahisəlidir.

Bundan əlavə, İranın balistik raket arsenalı da kifayət qədər genişdir və onun bir hissəsi 12 günlük müharibə zamanı istifadə olunub. Donald Trampın sön dövrlərdə ABŞ-İran münasibətlərinə dair yumşaq mövqeyi eləcə də Rusiya və Çin tərəfindən göstərilən dəstək İranın regional siyasətdə daha cəsarətli mövqe tutmasına şərait yaradır.

Lakin yaxın perspektivdə yəni bu ilin sonuna qədər ciddi bir hərbi qarşıdurmanın baş verəcəyini real hesab etmirəm.Hazırda dünya gündəmində daha ciddi məsələlər var.

Bununla belə gələn il, yəni 2026-cı ildə, regional və beynəlxalq şərtlərdən asılı olaraq, belə bir qarşıdurmanın baş verməsi istisna olunmur. Donald Trampın dünən verdiyi, “İranın nüvə potensialının artıq mövcud olmadığı” barədə bəyanatı da bu kontekstdə diqqətçəkici məqamdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ