Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı ətrafında müzakirələr davam edir.
Ötən həftəsonu ölkə mətbuatı Ramiz Mehdiyevin Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edildiyi barədə məlumat yayıb.
Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıldığı barədə fərman imzalandığı bildirilsə də, onun adı hələ də qurumun saytında qalır.
Belə ki, Təhlükəsizlik Şurasının saytında quumun üzvü olan 13 vəzifəli şəxsin siyahısında Ramiz Ənvər oğlu Mehdiyavin də adı var.
Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib.