SON DƏQİQƏ! Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ


Böyük Britaniya Azərbaycan və Ermənistana silah tədarükünə qoyulan embarqonu tamamilə ləğv edib.

Turkustan.az xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin saytında Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dautinin bəyanatı dərc olunub.

“Biz ATƏT-in Minsk qrupunun buraxılmasını dəstəkləmişik. Əldə olunan irəliləyişi nəzərə alaraq hesab edirik ki, 1992-ci ildən qüvvədə olan ATƏT embarqosu artıq aktuallığını itirib. Böyük Britaniya Azərbaycan və Ermənistana silah tədarükünə qoyulan embarqonu tam şəkildə ləğv edir.

Bu addım təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına və ölkələrin suverenliyi ilə ərazi bütövlüyünün qorunmasına, o cümlədən hibrid təhdidlərə qarşı cavab tədbirlərinə töhfə verəcək. Silah ixracı ilə bağlı lisenziyalar sərt meyarlara əsasən, fərdi qaydada qiymətləndiriləcək”, - deyə bəyanatda qeyd olunub./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ