Bu müharibəni Ərdoğan bitirə bilər - Tramp


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında illərdir davam edən müharibənin sona çatmasında böyük rol oynaya bilər.

Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Misirdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

ABŞ lideri Ərdoğanın Rusiya-Ukrayna müharibəsində rolu barədə suala belə cavab verib: “O, bunu edə bilər”.

"Ərdoğan Rusiya tərəfindən hörmətlə qarşılanır. Mən sizə Ukrayna haqqında heç nə deyə bilmərəm, amma Rusiya prezidenti Vladimir Putin ona hörmət edir", - deyə Tramp qeyd edib./publika.az


MANŞET XƏBƏRLƏRİ