Türkiyə Qəzza zirvəsinin təşkilatçıları ilə son dəqiqəyə qədər diplomatik danışıqlar apararaq, İsrailin baş naziri Binyamin Netanyahunun iştirakına mane olmaq istəyib.
Turkustan.az hürriyet-ə istinadla xəbər verir ki, daha bir neçə ölkə Ankaranın mövqeyini dəstəkləyib.
"Milat" qəzeti də mənbələrə istinadla qeyd edib ki, Ərdoğan Misir hakimiyyətinə İsrailin baş naziri Binyamin Netanyahunun tədbirə qatılacağı təqdirdə Qəzza sammitində iştirak etməyəcəyini bildirib.
"Anadolu" Agentliyinin məlumatına görə, Ərdoğanın təyyarəsi Şarm əl-Şeyxə yaxınlaşarkən uçuş-enmə zolağını adlayıb, Qırmızı dənizin hava məkanında qısa müddətə havada qalıb və sonra təhlükəsiz yerə enib. Türkiyə nümayəndə heyəti Netanyahunun Misirə gəlməyəcəyini öyrəndikdən sonra təyyarə eniş edib.
"Xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Marko Rubioya zəng edərək, Netanyahunun iştirak edəcəyi təqdirdə Türkiyənin sammitə qatılmaqdan imtina edəcəyini bildirib", - bunu jurnalist Hande Fırat qeyd edib./yenisabah.az