Azərbaycanda planlaşdırılan İslam bankçılığı “pəncərələri” banklar üçün yeni gəlir mənbələri yaradacaq.
Turkustan.az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi Moody’s məlumat yayıb.
Agentliyin hesabatına görə, Azərbaycan Mərkəzi Bankı 2026-cı ildən etibarən İslam bankçılığı məhsullarının tətbiqinə başlanılacağını açıqlayıb.
Xəbərdə qeyd olunur ki, ölkədə İslam maliyyəsinin inkişafı üçün əlavə tənzimləyici tədbirlər görülməsi, o cümlədən Mülki Məcəlləyə, “Banklar haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.
Əsas təkliflərdən biri isə İslam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsidir. /bakupost.az/