HAMAS israilli girovların qalan hissəsini də azad edib.
APA AFP-ə istinadən xəbər verir ki, HAMAS 13 israilli girovu Beynəlxaql Qırmızı Xaç Komitəsinə təhvil verib.
Bununla da HAMAS bütün sağ girovları azad edib.
Qeyd edək ki, bundan əvvəl 7 israilli girov azad edilmişdi.