"Bakıda 30 ildir hələ belə şey görməmişdik" - VİDEO


Bakıda daha bir ünvanda binaların həyətlərində qurdlar yayılıb.

Turkustan.az Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Xətai rayonu, Gəncə prospektinin sakinləri deyirlər ki, vəziyyət o həddə çatıb ki, qurdlar artıq evlərə dolur.

Bu həyətdə bəzi ağacların sadəcə budaqları qalıb. Elə bizim də ayaq basdığımız hər yer bu həşəratlarla doludur:

Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən ərazi tərəfimizdən nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib.

Yaxın günlərdə dezinfeksiya işləri aparılacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.


MANŞET XƏBƏRLƏRİ