Solovyov Azərbaycan və Ermənistanı hədələdi


Kremlin yerli telekanallarda əsas ruporlarından biri olan Vladimir Solovyov Azərbaycan və Ermənistanı hərbi müdaxilə ilə hədələyib.

Turkustan.az xəbər verir ki, o, regionda baş verənləri problem adlandırıb:

“Biz başa düşməliyik, Cənubi Qafqazda baş verənlər bizim üçün çox böyük problemdir. Xəzər dənizində NATO bazaları peyda ola bilər. Geosiyasi baxımdan bu bizim üçün o qədər təhlükəli və o qədər ağır nəticələrə gətirə bilər ki, biz yeni "xüsusi hərbi əməliyyatın" şahidi ola bilərik”.

Qeyd edək ki, Rusiya hakimiyyətindən Azərbaycanın və Ermənistanın ünvanına vaxtarşırı belə boş, cəfəng iddialar, hədə-qorxu bəyanatları səsləndirilir. Rəsmi Bakı bir qayda olaraq, Kreml təbliğatçılarının hədyanlarına reaksiya vermir və regional xarici siyasətini öz gündəliyinə, milli maraqlarına uyğun şəkildə həyata keçirməyə davam edir./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ