ABŞ prezidenti Tramp Ağ Evdə jurnalistlərə tənqidi açıqlama verib.
Turkustan.az xəbər verir ki, Fransa prezidenti Makronun Fələstini tanıyacaqları ilə bağlı açıqlamasına münasibət bildirən Tramp “Makronun sözlərinin heç bir çəkisi yoxdur” deyib.
HƏMAS-ın Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşma əldə etmək istəmədiyini iddia edən Tramp: "Onlarda son girovlar qalıb. Düşünürəm ki, Həmas ovlanacaq".
Rusiya-Ukrayna müharibəsinə münasibət bildirən Tramp: “Rusiyaya ikinci sanksiya tətbiq etməyimiz lazım ola bilər” deyib.
Aytən Yaşar/ Turkustan.az