Ciraq Humanitar və İnkişaf ictimai birliyi “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsi uğurla davam etdirir.
Layihə Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihədə qarşıya qoyulmuş məqsədə uyğun olaraq növbəti fəaliyyət işğaldan azad olunmuş Ağdam rayonunun Kəngərli kəndinə, doğma ata-baba yurdlarına geri qayıtmış keçmiş məcburi köçkünlər üçün mina və partlamamış hərbi sursatlar təhlükəsinə dair maarifləndirici tədbir olmuşdur. Tədbirdə iştirakçılara mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə layihə rəhbəri Nadir Cəfərov və təlimçi – mütəxəssis Ruslan İbrahimbəyli tərəfindən ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Bütün tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanmışdır.
Bundan başqa Ağdam rayonu ərazisində işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün yerləşən nəzarət-buraxılış məntəqəsindən keçərək Qarabağa səfər edən mülki insanlara və orada infrastruktur layihələrində çalışan şəxslərə maarifləndirici bukletlər təqdim edilmiş və bu təhlükə barədə məlumatlar verilmişdir.