“1990-cı illərdə müxalif siyasətlə məşğul olduğum üçün bilirdim ki, məni həbs edəcəklər, mühakimə edəcəklər və əmlakım müsadirə olunacaq”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, bu səbəbdən həyat yoldaşı Anna Akopyanla rəsmi nikaha daxil olmayıb:
“Mən yalnız bir səbəbdən evlənməmişəm – ailəmi qorumaq üçün. Aldığımız ev Annanın adına rəsmiləşdirilib, baxmayaraq ki, onu birlikdə almışıq. Mənə nə edəcəklərini başa düşürdüm. Və ən azı övladlarımın yaşayacağı yerin olmasını istəyirdim. Evlənməməyimizin başqa səbəbi yoxdur”. /Yeniavaz.com/