Rusiya nümayəndə heyəti İstanbulda: Ukrayna ilə danışıqların üçüncü raundu başlayır


Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunun keçiriləcəyi İstanbula gəlib.

Turkustan.az xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, Rusiya təyyarəsi saat 15:40 radələrində Türkiyənin ən böyük şəhərinin hava limanına enib.

Danışıqların saat 19:00-da başlaması gözlənilir və əvvəlki raundda olduğu kimi Çırağan sarayında keçiriləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ