Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı” layihəsi çərçivəsində növbəti tədbiri Sabirabad rayonunda 22 iyul 2025-ci il tarixində keçirilib.
QHT. az xəbər verir ki, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva bildirib ki, layihə çərçivəsində Sabirabad şəhərində Bayraq Muzeyində tibbi maarifləndirmə tədbiri yüksək səviyyədə keçirildi. Dəstəyə görə hər kəsə təşəkkür edirik. Tədbirə 50-yə yaxın rayon sakini ilə bərabər, Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qurumların təmsilçiləri qatılmışdı. Öncə tədbirdə iştirakçılarına 15 sualdan ibarət tibbi maarifləndirici test vərəqi paylanıldı. Ümumiyyətlə, layihədə irəli sürülmüş ideya, insanların sağlamlıq məsələləri ilə bağlı məlumatlandırılması işi auditoriyanın böyük marağına səbəb oldu.
Təlimçi çıxış etməklə bərabər auditoriyanın suallarını cavablandırdı.
Tədbirin sonunda testin nəticələri elan olunması ilə iştirakçılar öz sağlamlıq durumu haqqında məlumat əldə etdilər. İştirakçılara sağlamlıq durumu və tibbi təfəkkürün inkişafı ilə bağlı tövsiyələr edildi.
Həmçinin tədbir iştirakçılarına əlavə test vərəqələri sonradan verildi ki, onlar da yaxınlarını, ailə üzvlərini, iş yoldaşlarını və digər şəxsləri tibbi test yoxlaşına cəlb etsinlər.
Tədbirin sonunda xatirə fotosu çəkilib.